[b]Rio-2016: Tarixin 3-cü çempionu[/b] - FOTO
20.08.2016 - 15:30
[b]Rio-2016: Tarixin 3-cü çempionu[/b] - FOTO

Rio-2016 Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada Almaniya yığması İsveç üzərində qələbə qazanıb.

 

İkinci hissədə vurduğu qollarla 2:1 hesabı ilə qalib gələn almanlar Rio-2016-nın qızıl medalını əldə ediblər. Bu, Bundestimin tarixində ilk Olimpiya çempionluğu olub. Bürünc medal uğrunda mübarizədə isə Kanada meydan sahibi Braziliyanı eyni hesabla məğlub edib.

 

Bununla da Almaniya yığması 1996-cı ildən təşkil edilən qadınlar arasında futbol yarışlarında Olimpiya çempionluğunu əldə edən 3-cü komanda olub. Buna qədər baş tutan 5 Olimpiadanın 4-də ABŞ (1996, 2004, 2008, 2012), 1-də isə Norveç (2000) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

0