[b]"Barselona" və "Real" darmadağınla başladı - YENİLƏNİB[/b]
23.08.2016 - 10:03
[b]"Barselona" və "Real" darmadağınla başladı - YENİLƏNİB[/b]

İspaniya La Liqasında 2016/17 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, mövsümün ilk oyununda “Malaqa” “Osasuna”nı qəbul edib. Matç 1:1 hesablı bərabərliklə nəticələnib.

 

Son çempion “Barselona” ilk görüşdəcə darmadağına sevinib. Kataloniya klubu evdə "Betis"ə heç bir şans verməyib.Digər bir Əndəlüs – Kataloniya qarşıdurmasında "qol yağışı" olub. 10 qolun vurulduğu “Sevilya” – “Espanyol” oyununda meydan sahibləri 6:4 hesablı qələbə qazanıblar.

 

Madrid təmsilçiləri “Atletiko” və “Real” da fərqli nəticə göstəriblər. "Real" bir neçə aparıcı oyunçusundan məhrum olsa da, "Real Sosyedad"ı səfərdə asanlıqla məğlubiyyətə uğradıb. "Atletiko" isə son dəqiqədə buraxdığı qolla qalibiyyəti əldən verib.

 

Turun qapanış görüşündə isə "Valensiya" gözlənilmədən doğma arenasında "Las Palmas"a boyun əyib.

 

La Liqa

I tur

 

19 avqust

“Malaqa” – “Osasuna” – 1:1
Qollar: Xuanpi, 56 - Fran Merida, 85.

“Deportivo” – “Eybar” – 2:1
Qollar: Moskuera, 69. Lukas Peres, 87 (pen.) - Ramis, 55.

 

20 avqust

“Barselona” – “Betis” - 6:2

Qollar: Arda Turan, 7, Messi, 37, 58, Suarez, 42, 56,82 - Ruben Kastro, 20, 84

 

“Qranada” – “Vilyarreal” – 1:1 
Qollar: Ponse, 65 - Kastilyexo, 61.

 

“Sevilya” – “Espanyol” – 6:4
Qollar: Sarabia, 15. Vietto, 22; 45. Franko Vasqes, 54. Ben Yedder, 66. Kiyotake, 74 - Piatti, 8. Ernan Peres, 26. Viktor Sançes, 44. Xerard Moreno, 79

 

21 avqust

“Sportinq” X – “Atletik” B - 2:1

Qollar: Kop, 50, Rodrigez, 53 - Viquera, 86

 

“Real Sosyedad” – “Real” - 0:3

Qollar: Beyl, 2, 90+4, Asensio, 40


 

“Atletiko” – “Alaves” - 1:1

Qollar: Qameyro, 90+2 (pen.) - Qarsia, 90+5

 

22 avqust

“Selta” – “Leqanes” - 0:1

Qol: Diaz, 75

 

'Valensiya” – “Las Palmas” - 2:4

Qollar: Mina, 6, 34 - Livaya, 16, 88; Viera, 24; Boatenq, 31

0