[b]“Qızıl qazanmaq qismətimdə yox imiş” – Milad Beiqi Harçeqani[/b]
20.08.2016 - 21:17
[b]“Qızıl qazanmaq qismətimdə yox imiş” – Milad Beiqi Harçeqani[/b]

“Başa düşürəm, hamı məndən qızıl medal gözləyirdi. Ancaq alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri taekvando üzrə Azərbaycan millisinin üzvü Milad Beiqi Harçeqani deyib.

 

Rio-2016 Yay Olimpiya Oyunlarında 80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal qazanıb.

 

O, üçünücülük görüşündən sonra qısa açıqlama verib: “Ola bilər ki, hiyləgərlik çatışmadı məndə. Ya da vaxtında hücuma çıxmadım. Bədənim tam isinməmiş başladım mübarizəyə, elə əvvəldən hiss elədim ki, oyun mənim deyil. Bəlkə də qızıl qazanmaq qismətimdə yox imiş. Ancaq özüm də yaxşı bilirəm ki, çempionluğa ən real namizədlərdən biri də mən idim”.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan.

0