[b]Rio-2016: Braziliya Olimpiya çempionudur![/b]
21.08.2016 - 03:37
[b]Rio-2016: Braziliya Olimpiya çempionudur![/b]

Rio Olimpiadasında kişilərin futbol yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, həlledici oyunda meydan sahibi Braziliya millisi Almaniya ilə qarşılaşıb.

 

“Sambaçılar” Neymarın qolu ilə önə keçsə də, bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyiblər. İkinci hissədə Meyer hesabı bərabərləşdirib.

 

Matçın sonunadək bu hesab dəyişməyib. Əlavə 30 dəqiqədə də qol vurulmadığından, qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib.

 

Burda isə daha dəqiq oynayan Braziliya tarixi ərzində ilk olimpiya "qızıl"ını qazanıb.

 

Rio-2016

Kişilər arasında futbol yarışı

Final

 

Braziliya - Almaniya 1:1 (pen-5:4) 
Qollar: Neymar, 27 - Meyer, 58

0