[b]“Rəqib məndən daha istəkli idi” – Xetaq Qazyumov[/b]
21.08.2016 - 23:54
[b]“Rəqib məndən daha istəkli idi” – Xetaq Qazyumov[/b]

Rio Olimpiadasının gümüş mükafatçısı Xetaq Qazyumov final görüşündən sonra müsahibə verib. Apasport.az saytının məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış etmiş sərbəst güləşçimiz finaldakı məğlubiyyətinin səbəbini rəqibinin daha çox istəkli olması ilə əsaslandırıb.

 

- Təbrik edirik, gümüş medal qazandığınız üçün. Finaldakı çıxışınız haqqında bir neçə kəlimə deyin zəhmət olmasa...

- Hədəfim qızıl medal qazanmaq idi, ancaq alınmadı. Nə etmək olar? O, məndən güclü idi.

 

- Ardıcıl iki Olimpiya “bürünc”ündən sonra, bu dəfə “gümüş” qazandın. Bunu irəliyə doğru addım saymaq olarmı?

- Bu daha pisdi. Çünki “bürünc”ü qalib gəlib, “gümüş”ü isə məğlub olub qazanırsınız.

 

- Sənə qədər Toğrul da məğlub olmuşdu. Bunun təsiri oldumu sənin çıxışına?

- Xeyr, elə düşünmürəm. Mən çalışırdım ki, buna fikir verməyim. Əlbəttə, ona görə, təəssüflənirdim, ancaq bunu çıxışıma qatmaq istəmirdim.

 

- Qələbə üçün nə çatışmadı?

- Arzu, istək. Əgər rəqib qalib gəlibsə, deməli o, daha çox istəyirdi bunu.

 

- Növbəti planların necədir? Karyeranı davam etdirəcəksən?

- Bilmirəm. Qarşıdakı günlərdə düşünəcəyik.

 

Qabil MEHDİYEV, Riodan

0