[b]Vəli Qasımov azarkeşlərdən üzr istəyib, söz verdi: Cəzalandırılacaqlar[/b]
22.08.2016 - 00:18
[b]Vəli Qasımov azarkeşlərdən üzr istəyib, söz verdi: Cəzalandırılacaqlar[/b]

“Bu gün “Qarabağ” bizdən çox üstün oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

 

Topaz Premyer Liqasının III turunun son matçında “Qarabağ”a məğlub olan (0:3) “ağ-qaralar”ın çalışdırıcısı oyun haqqında qısa açıqlama verib: “İtkilərimiz var idi. Buna görə də heyəti qurmaqda çətinlik çəkdim. Ancaq futbolçular belə oyuna görə cəzalandırılacaqlar. Onlarla xüsusi söhbətimiz olacaq. Bu məğlubiyyətə görə, azarkeşlərimizdən üzr istəyirəm”.

0