[b]“Maribor” üçün əsas “Qəbələ” ilə oyundu[/b]
22.08.2016 - 00:55
[b]“Maribor” üçün əsas “Qəbələ” ilə oyundu[/b]

Sloveniya çempionatında 6-cı tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Maribor” evdə “Aluminiy”lə qarşılaşıb.

 

Turnir cədvəlinin “zirzəmisi”ndə qərarlaşmış komanda ilə görüşdə “Qəbələ”nin rəqibi 0:2 hesablı məğlubiyyətə üzülüb.

 

Baş məşqçi Darko Milaniç autsayderlə matçda əsas heyətin 8 üzvünə istirahət verib. Bu da, qarşılaşmanın nəticəsinə təsir edib.

 

Bu oyundan sonra hesabında 8 xal olan “Maribor” 5-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Qəbələ” və “Maribor” arasında cavab oyunu avqustun 25-də baş tutacaq. Bu komandaların Bakıda keçirilmiş ilk oyunu təmsilçimizin qələbəsi ilə nəticələnmişdi - 3:1.

0