[b]“Höteborq” Bakıya məğlub gəlir[/b]
22.08.2016 - 01:45
[b]“Höteborq” Bakıya məğlub gəlir[/b]

İsveç çempionatında 19-cu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Höteborq" növbəti matçına çıxıb.

 

Ağdamlıların rəqibi səfərdə "Hammarbü" ilə üz-üzə gəlib. Görüş qonaqların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, "Qarabağ"ın rəqibi 19 oyundan sonra 32 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

0