[b]Xetaq Qazyumovdan ikinci “het-trik”[/b]
22.08.2016 - 09:50
[b]Xetaq Qazyumovdan ikinci “het-trik”[/b]

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Xetaq Qaysumov ölkə idmanı tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, milliləşən legioner Olimpiya Oyunlarında 3 medal qazanan 2-ci təmsilçimiz olub.

 

Pekin-2008 və London-2012-də 96 kq çəki dərəcəsində çıxış edən güləşçi hər iki yarışı bürünc medalla başa vurub. Rio-2016-da 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finaladək irəliləsə də, həlledici qarşılaşmada uduzub.

 

Hesabında Olimpiadaların 1 gümüş, 2 bürüncü olan Xetaq bu “het-trik”lə Mariya Stadnikin rekordunu təkrarlayıb. Lakin qadın güləşçimiz medallarının əyarına görə Qazyumovu üstələyir. O, Pekin-2008-də bürünc, London-2012 və Rio-2016-da gümüş medal əldə edib.

 

Qeyd edək ki, daha iki sərbəst güləşçimiz mükafat sayını artırıb. Bunlar London-2012-nin qalibləri Toğrul Əsgərovla Şərif Şərifovdu. Sonuncu 4 il əvvəlki qızıla bürünc əlavə edibsə, Əsgərov ikinci qızılı finalda əldən verib. Onun aktivində qızıl və gümüş var.

 

Onlardan başqa, Namiq Abdullayev (sərbəst güləş, 1996, 2000), Zemfira Meftahətdinova (atıcılıq, 2000, 2004) və Rövşən Bayramovun (yunan-Roma güləşi, 2008, 2012) da 2 medalı var. Bu idmançılardan Namiq qızıl və gümüş, Zemfira qızıl və bürünc, Rövşən 2 gümüş medal qazanıb.

 

0