[b]Millimiz Gürcüstanla bacarmadı[/b]
22.08.2016 - 09:56
[b]Millimiz Gürcüstanla bacarmadı[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışında olan millimiz bu ölkənin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.

 

Rafiq Mirzəyevin yetirmələr bu görüşdə 1:3 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Kamran Quliyev vurub.

 

Qeyd edək ki, avqustun 23-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

 

0