[b]Neymar kapitan sarğısından rəsmən imtina etdi[/b]
22.08.2016 - 11:31
[b]Neymar kapitan sarğısından rəsmən imtina etdi[/b]

Braziliya yığmasının kapitanı Neymar ölkədə şok effekti verən qərar qəbul edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bundan sonra millidə kapitan olmayacağını bildirib.

 

O, bu qərarını Rio-2016 Yay Olimpiya Oyunlarının final matçından sonra açıqlayıb. 24 yaşlı forvard Almaniya ilə matçdan sonra ailəsi ilə məsləhətləşib, kapitanlıqdan imtina etdiyini bəyan edib. Olimpiadanın startındakı uğursuz çıxışdan sonra yerli mütəxəssislər Neymarı tənqid etmiş və onu kapitanlığa layiq saymamışdılar. Ulduz futbolçu da tənqidçilərin cavabını sarğıdan imtina etməklə verib.

 

Qeyd edək ki, Braziliya yığması finalda Almaniyanı oyunsonrası penaltilərlə məğlub edərək, qızıl medala sahib çıxıb. Neymar isə meydanda olduğu 6 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

0