[b]Keyfiyyətsiz rekord: Güləşçilərimiz “onluq”dan kənarda qaldı[/b]
22.08.2016 - 11:55
[b]Keyfiyyətsiz rekord: Güləşçilərimiz “onluq”dan kənarda qaldı[/b]

17 gün davam edən Rio-2016-da Azərbaycana ən çox medalı sərbəst güləş yığmamız qazandırıb. Apasport.az saytının məlumatına görə, 6 idmançı ilə təmsil olunduğu yarışda 5 mükafat əldə etməsinə baxmayaraq, komandamız qızıl medala həsrət qalıb.

 

Braziliyada keçirilən Oyunlar zamanı Toğrul Əsgərov (66 kq) və Xetaq Qazyumov (97 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətləniblər. Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) da bir yenilgi ilə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Mükafatsız qalan yeganə təmsilçimiz isə Camaləddin Məhəmmədov (125 kq) ilk görüşündə uduzub.

 

Bu nəticə sərbəst güləşçilərimizi Olimpiadanın 6-cısı edib. Düzdü, yığmamız hamıdan çox – 5 medal qazanıb ki, bu göstəricidə ən yaxın izləyicilərindən 2 mükafat öndə qərarlaşıb. Amma millimiz yalnız kəmiyyət baxımından fərqlənib.

 

Keyfiyyət – yəni əyar baxımından ciddi uğuru olmayan komandamız çempionluq sevinci yaşayan 5 ölkədən geri qalıb. Ümumilikdə isə güləşin bu növündə 11 yığma fəxri kürsüyə qalxıb. İlk pilləni isə 2 çempionluğa sevinən Rusiya olub.

 

 

yer

Ölkə

qızıl

Gümüş

Bürünc

Cəmi

1

Rusiya

2

1

0

3

2-3

Türkiyə

1

1

1

3

 

İran

1

1

1

3

4-5

ABŞ

1

0

1

2

 

Gürcüstan

1

0

1

2

6

Azərbaycan

0

2

3

5

7

Yaponiya

0

1

0

1

8

Özbəkistan

0

0

2

2

9-11

İtaliya

0

0

1

1

 

Rumıniya

0

0

1

1

 

Belarus

0

0

1

1

 

Yunan-Roma və qadın güləşinin hərəsində 2 medal qazandığımızı da nəzərə alsaq, ümumilikdən bu idman növündə 9 idmançımız fəxri kürsüyə qalxıb. Bu, say baxımından Olimpiadanın ən yüksək göstəricisidi ki, Rusiya ilə eyni nəticəyə malikik. Amma 4 qızılla 1-ci olan şimallılardan fərqli, millimiz qızıla həsrət qalıb. Belə uğursuzluq isə komandamızı ümumi sıralamada ilk “onluq”dan kənar qoyub. Himni səslənən 10 ölkə isə cədvəldə yığmamıza yuxarıdan aşağı baxır.

 

yer

Ölkə

qızıl

Gümüş

bürünc

Cəmi

1

Rusiya

4

3

2

9

2

Yaponiya

4

3

0

7

3

Kuba

2

1

0

3

4

ABŞ

2

0

1

3

5

Türkiyə

1

2

2

5

6

İran

1

1

3

5

7

Ermənistan

1

1

0

2

8

Gürcüstan

1

0

2

4

9-10

Kanada

1

0

0

1

 

Serbiya

1

0

0

1

11

Azərbaycan

0

3

6

9

12-13

Belarus

0

1

2

3

 

Qazaxıstan

0

1

2

3

14-15

Danimarka

0

1

0

1

 

Ukrayna

0

1

0

1

16

Özbəkistan

0

0

3

3

17-18

Çin

0

0

2

2

 

İsveç

0

0

2

2

19-27

Bolqarıstan

0

0

1

1

 

Almaniya

0

0

1

1

 

Hindistan

0

0

1

1

 

Norveç

0

0

1

1

 

Polşa

0

0

1

1

 

Cənubi Koreya

0

0

1

1

 

Tunis

0

0

1

1

 

İtaliya

0

0

1

1

 

Rumıniya

0

0

1

1

 

Güləş yığmamız medal sayında yeni rekord müəyyənləşdirsə də, heç də Olimpiadalar tarixinin ən yaxşı nəticəni rəsmiləşdirməyib. 6-cı dəfə belə yarışa qatılan komandamız əvvəlki 5 Oyunlardan yalnız ikisində çempionluq yaşamamışdı. 1996 və 2008-ci ildəki uğursuzluğu yenidən yaşayan pəhləvanlarımız 4 il öncəki yarışla müqayisədə uçuruma yuvarlanıblar. Həmin vaxt 2 çempionluq sayəsində ümumi medal sıralamasında 4-cü olan güləşçilərimiz bu dəfə 7 pillə geriləyiblər.

 

Qeyd edək ki, güləş millimiz Olimpiadalar tarixində ümumilikdə 23 medal qazanıblar.

 

Il

Ölkə

qızıl

Gümüş

bürünc

Cəmi

Cəmi

1996

Atlanta

0

1

0

1

15-18-ci yer

2000

Sidney

1

0

0

1

7-10-cu yer

2004

Afina

1

0

0

1

8-11-ci yer

2008

Pekin

0

2

2

4

13-cü yer

2012

London

2

2

3

7

4-cü yer

2016

Rio

0

3

6

9

11-ci yer

 

Cəmi

4

8

11

23

 

 

0