[b]I divizionun iştirakçıları bəlli oldu: “Neftçala” və “Bakı” "dünyasını dəyişdi"[/b]
22.08.2016 - 12:15
[b]I divizionun iştirakçıları bəlli oldu: “Neftçala” və “Bakı” "dünyasını dəyişdi"[/b]

Azərbaycan I divizionunda iştirak edəcək klubların adlarına aydınlıq gəlib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 2016-17 mövsümündə aşağı liqada 14 komanda mübarizə aparacaq.

 

Yeni mövsümdən I divizionda “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Mil Muğan”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Göyəzən”, “Energetik” və “Səbayıl” yarışacaqlar. I divizionda son iki mövsümün çempionu “Neftçala”, həmçinin Premyer Liqada 2 dəfə çempion olmuş “Bakı” yeni mövsümdə iştirak etməyəcək. Yeni yaranmış “Səbayıl” isə I divizionda debüt edəcək.

 

Artıq sabah 2016-17 mövsümünün püşkatma mərasimi təşkil olunacaq. Saat 13:00-da AFFA-nın inzibati binasında reallaşacaq mərasimdə bütün iştirakçı klublar təmsil olunacaq. 

0