[b]“Neftçi”də 13-cü, çempionatda 160-cı[/b]
22.08.2016 - 12:33
[b]“Neftçi”də 13-cü, çempionatda 160-cı[/b]

Topaz Premyer Liqasında mövsümün ilk avtoqolu qeydə alınıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ” – “Neftçi” oyununda qonaqların futbolçusu Jayro Rodriges öz qapısına qol vurub.

 

III turda komandasının 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmada hesabı açan braziliyalıya qədər cari mövsümdə avtoqola üzülən olmamışdı. Bu, ölkə çempionatları tarixində “Neftçi”nin futbolçularının 13-cü belə uğursuzluğudu.

 

Yalnız iki komandanın üzvləri daha çox avtoqola üzülüb. AZAL 18, “Qarabağ” 14 dəfə oyunçularının öz qapısına qol vurması ilə barışıb. Ağdam təmsilçisi 18-ci dəfə rəqib qolunun sevincini yaşayıb. Bu göstəricidə “Qarabağ” hamıdan öndədi. “Neftçi” 16, “Bakı” 15 dəfə belə halla üzləşib.

 

Ümumilikdə isə Jayronun öz qapısına qol vurması ölkə çempionatları tarixinə 160-cı avtoqol kimi düşüb.

0