[b]“Neftçi”nin 9-cu biabırçılığı[/b]
22.08.2016 - 14:24
[b]“Neftçi”nin 9-cu biabırçılığı[/b]

Topaz Premyer Liqasının III turunun “Qarabağ”la oyununda darmadağın olan “Neftçi” Azərbaycan çempionatları tarixində 9-cu dəfə azarkeşlərini böyük hesablı məğlubiyyətə üzüb. Apasport.az saytının məlumatına görə, “Əlincə Arena”da 3 cavabsız qol buraxan paytaxt təmsilçisi bunadək 8 dəfə üç və ya daha çox top fərqilə yenilmişdi.

 

1992-ci ildən güclülər dəstəsində çıxış edən “ağ-qaralar” 2016-cı ildə 2-ci dəfədi 0:3 hesabına məyus olur. Yarım il əvvəl bakılılara belə zərbəni o vaxt Premyer Liqanın debütantı olan “Zirə” vurmuşdu.

 

Paytaxt klubu 7 dəfə 3, 2 dəfə 4 top fərqi ilə yenilib. Bütün çempionatların iştirakçısını ən çox məyus edən “Qarabağ”dı. Ağdamlılar artıq qəniminə çevrildiyi 8 qat ölkə çempionunu 3-cü dəfə darmadağın edir. “Neftçi” 3 top fərqilə yaşadığı bu üç biabırçılıqla son 5 il 3 ayda üzləşib.

 

“Bakı”nın 2 dəfə böyük hesabla məğlub etdiyi “ağ-qaralar” “İnter”, “Qəbələ”, “Xəzər” və “Zirə” ilə qarşılaşmalarda da ağ bayraq qaldırıblar.

 
“Neftçi”nin Azərbaycan çempionlarında yaşadığı böyük hesablı məğlubiyyətlər

 

03.07.1992 “Xəzər” (Sumqayıt) – “Neftçi” (Bakı) - 3:0
20.10.2007 “Bakı” – “Neftçi” (Bakı) - 5:1
13.05.2011 “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) - 3:0
11.03.2012 “Qəbələ” – “Neftçi” (Bakı) - 4:1
31.08.2013 “Bakı” – “Neftçi” (Bakı) - 3:0
28.02.2014 “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) - 1:4
08.05.2014 “İnter” (bakı) – “Neftçi” (Bakı) – 4:0

27.02.2016. “Zirə” (Bakı) – “Neftçi” (Bakı) – 3:0

21.08.2016. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) – 3:0

0