[b]Robert Prosineçki yığmaya 3 debütant çağırdı [/b]
22.08.2016 - 14:27
[b]Robert Prosineçki yığmaya  3 debütant çağırdı [/b]

Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki 25 oyunçuya dəvət göndərib.

 

DÇ-2018-in seçmə qrup mərhələsində sentyabrın 4-də San Marinonun qonağı olacaq yığmamızda debütantlar da diqqət çəkir. Belə ki, Emin Mahmudov, Ramil Şeydayev və Mahir Mədətov ilk dəfə əsas millinin formasını geyinmək imkanı əldə ediblər. Ümumilikdə ölkə xaricində çıxış edən 5 oyunçuya dəvət göndərilib.

 

Yığmaya ən çox futbolçu verən komanda “Qarabağ”dı. Ağdam təmsilçisinin 9 üzvü San Marino ilə görüş üçün heyətə cəlb edilib.

 

Komandamız avqustun 24-də bir araya gələcək və sentyabrın 2-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək. Robert Prosineçki yetirmələrini San Marinoya sentyabrın 2-də aparacaq.

 

Qapıçılar: Kamran Ağayev (“Sumqayıt”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)


Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tərlan Quliyev, Ruslan Abışov (hər ikisi “İnter”), Mahəmməd Mirzəbəyov (“Qəbələ”), Pavel Paşayev (“Stal”, Ukrayna)


Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov (“Zirə”), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Dmitri Nazarov (“Erzqedirqe Aue”, Almaniya), Eddi İsrafilov (“Kadiz”, İspaniya)


Hücumçular: Namiq Ələsgərov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ağabala Ramazanov (“İnter”), Ruslan Qurbanov (“Neftçi”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə).

0