[b]Pley-off mərhələsində son oyunlar[/b]
22.08.2016 - 17:03
[b]Pley-off mərhələsində son oyunlar[/b]

Sabah avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, iki turnir çərçivəsinə baş tutacaq 32 qarşılaşma 3 gün davam edəcək.

 

İlk iki oyun günündə Çempionlar Liqasının matçları keçiriləcək. Qrup mərhələsinin son 10 iştirakçısı da bu matçlarda bəlli olacaq.

 

Azərbaycan çempionu “Qarabağ”ı qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdıran Çexiya “Viktoriya”sı Bolqarıstan “Lüdoqorets”ini qəbul edəcək. Çexiyalılar səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

 

Avropa Liqasında 22 komanda qrupa vəsiqə əldə edəcək. Bu klublar eyni gündə keçiriləcək matçlarda bəlli olacaq. Azərbaycan təmsilçiləri də qüvvəsini sınayacaq.

 

Evdə 3:1 hesablı qələbə qazanan “Qəbələ” Sloveniyada “Maribor”un qonağı olacaq. İsveçdə “Höteborq”a uduzan “Qarabağ” Bakıda minimal hesablı yenilginin əvəzini çıxmalıdı.

 

Türkiyə klublarından üçü də qrupa düşmək iddiasındadı. “Fənərbaxça”, “Osmanlıspor” və “Başakşehir” arzusunu gerçəkləşdirmək istiqamətində son addımını atmalıdı. Sonuncular Ukrayna “Şaxtyor”u ilə dueldə şanssız hesab olunursa, qonşu ölkənin digər iki təmsilçisi üstünlüyünü qorusa, istəyinə çatacaq.

 

Çempionlar Liqası

Pley-off mərhələsi

Cavab oyunları

23 avqust

22:45. “Viktoriya” (Çexiya) - “Ludoqorets” (Bolqarıstan)

İlk oyun – 0:2

22:45. “Hapoel” (Beyer-Şeva, İsrail) - “Seltik” (Şotlandiya)

İlk oyun – 2:5

22:45. “Legiya” (Polşa) - “Dandalk” (İrlandiya)

İlk oyun – 2:0

22:45. “Roma” (İtaliya) - “Porto” (Portuqaliya)

İlk oyun – 1:1

22:45. “Monako” (Fransa) - “Vilyarreal” (İspaniya)

İlk oyun – 2:1

24 avqust

22:45. APOEL (Kipr) - “Kopenhagen” (Danimarka)

İlk oyun – 0:1

22:45. “Zalsburq” (Avstriya) - “Dinamo” (Xorvatiya)

İlk oyun – 1:1

22:45. “Mançester Siti” (İngiltərə) - “Styaua” (Rumıniya)

İlk oyun – 5:0

22:45. “Rostov” (Rusiya) - “Ayaks” (Hollandiya)

İlk oyun – 1:1

22:45. “Borussiya” (M, Almaniya) - “Yanq Boyz” (İsveçrə)

İlk oyun – 3:1

 

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

25 avqust

20:30. “Qarabağ” (Azərbaycan) - “Höteborq” (İsveç)

İlk oyun – 0:1

21:00. “Brondbü” (Danimarka) - “Panatinaikos” (Yunanıstan)

İlk oyun – 0:3

21:00. “Qrasshoppers” (İsveçrə) - “Fənərbaxça” (Türkiyə)

İlk oyun – 0:3

21:00. “Rusenborq” (Norveç) - “Austria” (Vyana, Avstriya)

İlk oyun – 1:2

21:00. “Slovan” (Liberets, Çexiya) - AEK (Kipr)

İlk oyun – 1:0

21:30. “Partizani” (Albaniya) - “Krasnodar” (Rusiya)

İlk oyun – 0:4

22:00. “Alkmaar” (Hollandiya) - “Voyvodina” (Serbiya)

İlk oyun – 3:0

22:00. “Anderlext” (Belçika) - “Slaviya” (Çexiya)

İlk oyun – 3:0

22:00. “Genk” (Belçika) - “Lokomotiv” (Xorvatiya)

İlk oyun – 2:2

22:00. “Osmanlıspor” (Türkiyə) - “Midtyulland” (Danimarka)

İlk oyun – 1:0

22:00. “Şkendiya” (Makedoniya) - “Gent” (Belçika)

İlk oyun – 1:2

22:00. “Sparta” (Praqa, Çexiya) - “Sonderyuske” (Danimarka)

İlk oyun – 0:0

22:00. BATE (Belarus) - “Astana” (Qazaxıstan)

İlk oyun - 0:2

22:00. PAOK (Yunanıstan) - “Dinamo” (Tiflis, Gürcüstan)

İlk oyun – 3:0

22:15. “Maribor” (Sloveniya) - “Qəbələ” (Azərbaycan)

İlk oyun – 1:3

22:30. “Hayduk” (Xorvatiya) - “Makkabi” (Təl-Əviv, İsrail)

İlk oyun – 1:2

22:30. “Srvena Zvezda” (Serbiya) - “Sassuolo” (İtaliya)

İlk oyun – 0:3

22:45. “Olimpiakos” (Yunanıstan) “Arouka” (Portuqaliya)

İlk oyun – 1:0

22:45. “Sent-Etyenn” (Fransa) – “Beytar” (İsrail)

İlk oyun - 2:1

22:45. “Vest Hem” (İngiltərə) - “Astra” (Rumıniya)

İlk oyun – 1:1

23:00. “Şaxtyor” (Ukrayna) - “Başakşəhər” (Türkiyə)

İlk oyun – 2:1

23:05. “Rapid” (Avstriya) - “Trençin” (Slovakiya)

İlk oyun – 4:0

 

0