[b]Rio-2016: Azərbaycan və Avstraliya velosipedçisinin fərqi[/b]
22.08.2016 - 18:01
[b]Rio-2016: Azərbaycan və Avstraliya velosipedçisinin fərqi[/b]

Avstraliyalı Anna Mirs velosiped idmanında Olimpiya Oyunlarının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, o, trek yarışlarında ardıcıl 4 Olimpiadada fəxri kürsüyə qalxan ilk qadın idmançı olub.

 

Mirs Azərbaycan idmançısı Olqa İsmayılovanın da mübarizə apardığı keyrin növündə bürünc mükafat əldə etməklə, rekordu rəsmiləşdirib.

 

Afina-2004-də qızıl və bürünc, Pekin-2008-də gümüş medal qazanan avstraliyalı London-2012-də Yunanıstandakı uğurunu təkrarlayıb. 6-cı medalı Rioya təsadüf edən Anna 3-cü bürüncünü qazanıb.

 

Qeyd edək ki, İsmayılova keyrin yarışlarında 21-24-cü yeri bölüşüb. 

0