[b][/b][b]Futbolçu bıçaqlanaraq öldürüldü[/b]
23.08.2016 - 09:38
[b][/b][b]Futbolçu bıçaqlanaraq öldürüldü[/b]

Polşada bədbəxt hadisə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yerli futbolçu Dominika Koşovskieqo bıçaqlanaraq öldürülüb.

 

Bu xəbəri “Katovitse” klubu rəsmi saytı vasitəsilə yayıb. Belə ki, bu komandanın formasını geyinən 19 yaşlı Koşovskieqo davaya qarışıb və aldığı iki bıçaq zərbəsi ilə dünyasını dəyişib. Yerli polis idarəsinin əməkdaşı Yatsek Pitel hadisənin kamera görüntülərinin əllərinə keçdiyini bildirib: “Dava 3 nəfər arasında olub. Məhkəmə-Tibbi Ekspertizanın nəticəsinə görə, daha rahat araşdırma apara biləcəyik”.

 

Qeyd edək ki, 9 yaşında “Katovitse”nin akademiyasına cəlb edilən Dominika Koşovskieqo peşəkar karyerasına qədər bu klubun aşağı yaş qruplarında çıxış edib.

0