[b]Qovulan məşqçi bazaya hücum çəkdi[/b]
23.08.2016 - 14:52
[b]Qovulan məşqçi bazaya hücum çəkdi[/b]

Bosniya və Herseqovinada qeyri-adi hadisə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Jelezniçar”ın sabiq baş məşqçisi Miloş Kostiç klubun bazasına hücum çəkib.

 

“Jelezniçar”ın ölkə çempionatının son matçında “Jrinyski Mostar”a məğlubiyyəti Kostiçin qovulmasına səbəb olub. O isə istefaya göndərilməsinə baxmayaraq, ertəsi gün bazaya gələrək futbolçuları ətrafına toplayıb. Onlarla vidalaşmaq fikrində olan 45 yaşlı mütəxəssis getdikcə səsinin tonunu artırıb və oyunçuları ona xəyanət etməkdə ittiham edib. Bəzi futbolçuların buna qarşılıq verməsi Kostiçin təhqiramiz ifadələr işlətməsinə səbəb olub. Lakin klub rəsmiləri araya girərək, məşqçini oyunçuların əlindən alıb və döyülməmiş onu bazadan uzaqlaşdırıblar. Kostiç bazadan çıxarılarkən azarkeşlərə də söz atmağa imkan tapıb.

 

Bosniya və Herseqovina mətbuatı sabiq baş məşqçinin həmin vaxt içkili vəziyyətdə olduğunu iddia edib. 

0