[b]Lionel Messi DÇ-2018-dən sonra Argentinaya köçəcək?[/b]
23.08.2016 - 15:24
[b]Lionel Messi DÇ-2018-dən sonra Argentinaya köçəcək?[/b]

Argentinanın “Nyuells Old Boys” klubu “Barselona”nın ulduz futbolçusu Lionel Messiyə “elçi düşüb”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bunu klubun vitse-prezidenti Kristian D’Amiko deyib.

 

O bildirib ki, iki ildən sonra keçiriləcək dünya çempionatının ardından Messinin doğma komandasına qayıdacağına ümid edirlər. “Dünyanın ən güclü futbolçusuna “Nyuells Old Boys”un formasını geyindirsək, tarix yazarıq. Messini komandamızın formasında görməyin zövqünü dadacağımıza inanıram. “Estadio Marselo Byelsa” stadionunda Messinin meydana çıxdığını xəyal edin. Dünyanın dörd bir yanında jurnalistlərin, sponsorların diqqəti səndə olacaq. Maddi cəhətdən bizə böyük fayda verər. Bununla borclarımızı bağlayarıq”.

 

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə hazırkı müqavilə müddəti 2018-ci ilin yayına qədərdi.

0