[b]Maksim Medvedev və Muarem Muaremin gözlədiyi oyun[/b]
23.08.2016 - 17:21
[b]Maksim Medvedev və Muarem Muaremin gözlədiyi oyun[/b]

Avropa Liqasının “Höteborq”la avqustun 25-də keçiriləcək oyunu “Qarabağ”ın bir neçə futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Muarem Muarem, Elvin Yunuszadə və Maksim Medvedev avrokuboklarda yubiley qarşılaşmasını keçirmək imkanına malikdi.

 

Pley-off mərhələsinin cavab qarşılaşması sonuncu üçün 50-ci olacaq. Təbii ki, bunun üçün 27 yaşlı futbolçu meydana çıxmalıdı. Əgər bu reallaşsa, Maksim hamısı “Qarabağ”da olmaqla, 50-ci dəfə qitə miqyaslı turnirdə çıxış edəcək.

 

İndiyədək 49 görüşdə iştirak edən Medvedev Çempionlar Liqasında 8, Avropa Liqasında 41 matç keçirib. Qol hesabını açmayan müdafiəçi avrokuboklarda 7 il əvvəl debüt edib. Onun ilk matçı 2009-cu il iyulun 16-da baş tutan “Rusenborq”la səfər oyunu (0:0) olub.

 

Muarem isə 30-cu dəfə qitə kuboklarında meydana çıxa bilər. Daha çox ehtiyatda qalması ilə seçilən Elvin Yunuszadə şans qazansa, bu onun 20-ci matçı olacaq.

0