[b]Daha bir “İnter”li Gürcüstan klubu ilə müqavilə bağladı[/b]
23.08.2016 - 18:17
[b]Daha bir “İnter”li Gürcüstan klubu ilə müqavilə bağladı[/b]

Yay fasiləsində “İnter”lə yollarını ayıran daha bir futbolçu özünə yeni komanda tapıb. Apasport.az saytının Gürcüstan mətbuatına istinadən məlumatına görə, müdafiəçi Laşa Salukvadze karyerasını bu ölkədə davam etdirəcək.

 

Mövsüm başa çatan kimi, “bankirlər”lə vidalaşan 34 yaşlı futbolçu “Sioni” ilə anlaşıb. Gürcüstan yığmasının üzvü Bolnisi təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. Bununla Salukvadze həmyerlisi Laşa Kasradzedən sonra bu yay “Sioni”yə keçən ikinci “İnter”li olub. Həmçinin bir vaxtlar Azərbaycanda çıxış etmiş Georgi Adamiya, David Svanidze, Aleksandr Qoqoberişvili və Aleksandr İntskirveli də hazırda “Sioni”nin formasını geyinirlər.

 

Qeyd edək ki, Laşa Salukvadze ötən mövsüm Topaz Premyer Liqasında 23 oyun keçirib.

0