[b]“İnter” “Qəbələ”nin Avropa Liqasındakı rəqibi ilə qarşılaşacaq[/b]
23.08.2016 - 18:45
[b]“İnter” “Qəbələ”nin Avropa Liqasındakı rəqibi ilə qarşılaşacaq[/b]

Bakı “İnter”i yığma komandanın toplanışı ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasiləni ölkə xaricində keçirəcək. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

 

O bildirib ki, komanda bu gün gecə saatlarında qonşu Gürcüstana yola düşəcək. Tbilisiyə yollanacaq "İnter" "Bomond Garden" otelində məskunlaşacaq. Baş məşqçi Zaur Svanadze sentyabrın 2-nə qədər baş tutacaq təlim-məşq toplanışı çəriçivəsində 2 yoxlama görüşündə yetirmələrini sınamaq qərarına gəlib.

 

Artıq rəqiblər də bəllidi. Belə ki, paytaxt təmsilçisi əvvəlcə avqustun 28-də “Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Samtredia”, sentyabrın 1-də isə “Tsxinvali” klubu ilə yoxlama görüşündə üz-üzə gələcək.

 

Qeyd edək ki, “İnter” Topaz Premyer Liqasının 3 turundan sonra topladığı 5 xalla turnir cədvəlinin III pilləsində qərarlaşır.

0