[b]“Milan” “Beşiktaş”ın daha bir futbolçusuna “elçi düşüb”[/b]
24.08.2016 - 00:03
[b]“Milan” “Beşiktaş”ın daha bir futbolçusuna “elçi düşüb”[/b]

“Milan” “Beşiktaş”ın daha bir futbolçusunu transfer etmək niyyətindədi. Apasport.az saytının Türkiyə mətbuatına istindən məlumatına görə, bu dəfə hədəfdə Rikardo Kuarejma var.

 

Bir neçə gün əvvəl Sosanı heyətinə qatan “rossonyerlər” portuqaliyalının da keçidində maraqlıdı. Kuarejmanın Portuqaliya yığmasının heyətində Avropa çempionatında parlaq çıxışı italyanları bu fikrə salıb. “Milan” rəhbərliyi bu keçid üçün qarşı tərəfə artıq rəsmi müraciət edib.

 

Qeyd edək ki, Rikardo Kuarejma 2008-2010-cu illərdə “Milan”ın əzəli rəqibi “İnter”in formasını geyinib.

0