[b]Daha bir nəhəng klub çinlilərə satılır[/b]
24.08.2016 - 12:00
[b]Daha bir nəhəng klub çinlilərə satılır[/b]

Çinli iş adamları daha bir Avropa nəhəngini “ələ keçirmək” fikrinə düşüblər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Milan”dan sonra indi də “Liverpul”un çinlilərə satılması gündəmə gəlib.

 

Bu barədə məlumatı “qırmızılar”ın səhmlərinə sahib olan “Fenway Sports Group” yayıb. Şirkətin mətbuat katibi klubun maliyyə gücünün və futbol yatırımların artırılması üçün səhmlərin bir hissəsinin çinlilərə satılacağını açıqlayıb. O, bu barədə danışıqların artıq aparıldığını da vurğulayıb.

 

Bu isə azarkeşlərin ürəyincə olmayıb. Fanatlar “Liverpul”un satılacağı ilə bağlı çıxan xəbərdən sonra klubun elektron adresinə minlərlə etiraz məktubu göndəriblər.

0