[b]Rio-2016: Rusların cəzasından Azərbaycan da qazandı[/b]
24.08.2016 - 14:46
[b]Rio-2016: Rusların cəzasından Azərbaycan da qazandı[/b]

Rusiya idmançılarının Rio-2016 Paralimpiya Oyunlarından kənarlaşdırılması Azərbaycana əlavə lisenziyalar qazandırıb. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, daha 3 paralimpiyaçımızın Braziliyaya yolu açılıb.

 

Belə ki, İdman Arbitraj Məhkəməsinin şimal qonşularımızın əleyhinə çıxardığı qərardan sonra Beynəlxalq Paralimpiya Komitəsi onların 267 lisenziyasını ölkələr arasında bölüb.

 

Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov  bildirib ki, Rio-2016 üçün lisenziyalarımızın sayında dəyişiklik edilib və komandamızın heyətinə daxil ediləcək təmsilçilərimizin də adı açıqlanıb. Onun sözlərinə London-2012-nin qalibi Afaq Sultanova, həmçinin Ramin Əliyev (hər ikisi cüdo) və Hüseyn Hüseynov (atletika) artıq səfərə yollanacaq heyətə daxil ediliblər.

 

Bununla da Paralimpiadada çıxış edəcək təmsilçilərimizin sayı 27-yə yüksəlib. Onlar 6 idman növündə 44 lisenziyaya sahibdilər.

0