[b]“Üstünlük azərbaycanlıların tərəfindədi” – sabiq “Maribor”lu[/b]
24.08.2016 - 15:31
[b]“Üstünlük azərbaycanlıların tərəfindədi” – sabiq “Maribor”lu[/b]

“Maribor” uğursuz gedişata sabah son qoymalıdı. Şəxsən mən onların “Qəbələ”ni məğlub edəcəklərinə inanıram”. Apasport.az saytının məlumatına görə, bunu “Maribor”un keçmiş futbolçusu Damir Pekiç deyib.

 

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Maribor” – “Qəbələ” görüşünü dəyərləndirən 37 yaşlı hücumçu sevimli komandasının mərhələ adlamaq şansının az olmadığını söyləyib.

 

O, son çempionat matçına əsasən “Maribor”a güvəndiyini söyləyib: “Doğrudu, üstünlük azərbaycanlıların tərəfindədi. Ancaq bu, elə də böyük deyil. “Maribor” bu fərqi aradan qaldıracaq səviyyədədi. Ölkə çempionatının son oyunundakı çıxışları məni daha nikbin olmağa vadar edib. Xüsusən də, birinci hissədə komanda göstərdi ki, güclü oynamağı bacarır. Fikrimcə, bunu təkrarlamaq olar. Belə görüşlə mütləq nəticə qazanarlar. Amma bir həqiqət də var ki, Avrokubokla çempionat oyunu arasında böyük fərq var. Yerli publikaya da burda iş düşür. Amma son sözü yenə meydanda futbolçular deyəcək. “Maribor”da kifayət qədər təcrübəli futbolçular var ki, onlar komandanı arxalarınca aparmalıdılar”.

 

Qeyd edək ki, ilk görüşdə 3:1 hesablı qələbə qazanan “Qəbələ”nin “Maribor”la cavab matçı sabah “Lyudski vrt” stadionunda baş tutacaq.

0