[b]Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən yeni faktlar [/b]
24.08.2016 - 16:05
[b]Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən yeni faktlar [/b]

Rio-2016-da qanunsuz bilet alverində təqsirli bilinərək saxlanılan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən faktlar aşkarlanıb. Apasport.az saytının məlumatına görə, bunu Braziliyanın Rio-de-Janeyro şəhərinin polis idarəsindən açıqlayıblar.

 

Eyni zamanda İrlandiya Olimpiya Komitəsinin rəhbəri olan 71 yaşlı funksioner daha 4 nəfərlə birlikdə həbsdə saxlanılır ki, onlardan biri İngiltərə “İpsviç” futbol klubunun rəhbəri Mark Evansdı.

 

Braziliyalı müstəntiq Rikardo Barbosa keçirdiyi mətbuat konfransında Hikkinin məhz Evansla əlaqələr üzündən “ilişdiyini” bildirib: “Əlimizdəki dəlillər, ilk növbədə də elektron məktublar Patrik Hikkinin Mark Evansla əlaqədar olduğunu təsdiqləyir. Sonuncu THG şirkətinin rəhbəri, Hikki isə İrlandiya Olimpiya komitəsinin prezidentidi. Bütün qanunsuz bilet satışının təşkilatçısı da THG şirkətidi. Bu cinayətkarlar sisteminin əsas işi biletləri rəsmi qiymətindən daha yuxarı satmaqdı. Onlar bunu qonaqpərvərlik proqramı adı altında gizlədirlər”.

 

THG şirkətinin direktoru Kevin Mallonun həbsindən sonra daha da genişlənən istintaq Hikki və Evans daxil olmaqla 7 nəfərin saxlanılması ilə nəticələnib. Mallonun əlində yaxalanan yüzlərlə bilet arasında Olimpiya Oyunlarının açılış mərasimi üçün nəzərdə tutulanlar da olub. Nominal qiyməti 1400 dollar olan bu biletlər qara bazarda 8000 dollara satılması planlaşdırılıb.

 

Qeyd edək ki, istintaq nəticəsində İrlandiya Olimpiya Komitəsinin daha 3 əməkdaşı da saxlanılıb. Bunlar nümayəndə heyətinin rəhbəri Kevin Kilti, baş katib Dermot Henihan və Stiven Martindi.

 

0