[b]“Azəryol”da 2 ayrılıq: Baş məşqçi və idman direktoru getdi[/b]
24.08.2016 - 17:01
[b]“Azəryol”da 2 ayrılıq: Baş məşqçi və idman direktoru getdi[/b]

“Azəryol”da növbəti ayrılıqlar baş tutub. Bu barədə apasport.az saytının məlumatı komandanın idman direktoru İlqar İmamquliyev verib.

 

Onun sözlərinə görə, ötən mövsüm CEV kubokunun yarımfinalına kimi irəliləyən klubla vidalaşıb. İmamquliyev bildirib ki, artıq onun “Azəryol”la heç bir bağlılığı qalmayıb və yeni ildə orada işləməkdən imtina edib. O, həmçinin komandanın uğurlarında pay sahibi olan baş məşqçi, “Rabitə”də birgə çalışdığı Ziya Rəcəbovun da Bakı təmsilçisindən ayrıldığını açıqlayıb.

 

Qeyd edək ki, İmamquliyev “Azəryol”la ötən mövsümün startında işbirliyinə başlamışdı. Bu komandada ikinci məşqçi kimi fəaliyyətə başlayan Rəcəbov isə mövsümün gedişində baş məşqçi postuna gətirilmişdi.  

0