Millinin sabiq futbolçusu 6-cı oldu
24.08.2016 - 18:37
Millinin sabiq futbolçusu 6-cı oldu

Qana millisinin sabiq futbolçusu Kevin Prins Boatenq Avropanın ən güclü 4 çempionatında qol vuran oyunçular sırasına daxil olub. Apasport.az saytının məlumatına görə, buna “Las Palmas”ın yarımmüdafiəçisinin İspaniya Primerasında qol hesabını açması səbəb olub.

 

Belə ki, “Valensiya” ilə qarşılaşmada (4:2) fərqlənən Boatenq İngiltərə, İtaliya və Almaniyanın ardından İspaniyada da qol sevinci yaşayıb. Bu ölkələrdə “Portsmut”, “Milan” və “Şalke”də rəqib qapısına yol tapan afrikalı seriyasını “Las Palmas”da davam etdirib.

 

Qeyd edək ki, Boatenq buna nail olan 6-cı futbolçudu. Ona qədər rumıniyalılar Florin Raduçoyu, George Popesku, danimarkalı Yon-Dal Tomasson, kamerunlu Pyer Vome və nigeriyalı Obafemi Martins belə nailiyyətlə fərqlənmişdi.

 

0