Ronaldo “Real”a qayıtdı
24.08.2016 - 19:28
Ronaldo “Real”a qayıtdı

Əfsanəvi braziliyalı futbolçu Ronaldo yenidən “Real”a dönüb. Apasport.az saytının məlumatına görə, bu barədə “Marka” nəşri xəbər yayıb.

 

Bildirilib ki, braziliyalı keçmiş futbolçu bundan sonra klub prezidenti Florentino Peresin məsləhətçisi kimi çalışacaq.

 

Bundan başqa “əsl Ronaldo” “kral klubu”nun dünyadakı səfiri olacaq.

 

Qeyd edək ki, 2002-2007-ci illərdə “Real”ın şərəfini qorumuş Ronaldo 177 oyunda 104 qola imza atıb.

0