[b]“Höteborq”un planları dəyişdi[/b]
24.08.2016 - 20:05
[b]“Höteborq”un planları dəyişdi[/b]

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” sabah “Höteborq”u qəbul edəcək. Apasport.az saytının məlumatına görə, oyunqabağı İsveç klubunun planlarında dəyişiklik olub.

 

Belə ki, komandanı Bakıya gətirən təyyarənin reysində gecikmə olduğundan, hazırlıq prosesinin vaxtı dəyişib. Komandanın oyunöncəsi məşqinin və mətbuat konfransının əvvəl planlaşdırıldığı vaxtdan bir saat gec başlayacağı gözlənilir.

 

Qeyd edək ki, “Qarabağ” və “Höteborq” arasında oyun sabah, saat 20:30-da başlayacaq. Bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyun 1:0 hesabıyla “Höteborq”un qələbəsiylə nəticələnib.

0