[b]18 illik dövr başa çatır[/b]
24.08.2016 - 20:52
[b]18 illik dövr başa çatır[/b]

İrlandiya yığmasının hücumçusu Robbi Kin milli karyerasını başa vurmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, hazırda ABŞ-da “Los-Anceles Qalaksi” klubunda çıxış edən forvard bu barədə özü açıqlama verib.

 

Məlumatı İrlandiya Futbol Federasiyasının rəsmi saytı da təsdiqləyib.

 

1998-ci ildən İrlandiya millisinin şərəfini qoruyan forvard milli komandada keçirdiyi 18 ildə 145 oyunda meydana çıxıb və 67 dəfə fərqlənib. O, milli komanda tarixinin ən yaxşı bombardiridir.

 

Kin ölkəsinin əsas millisi ilə DÇ-2002, AÇ-2012 və AÇ-2016 kimi böyük turnirlərdə mübarizə aparıb.

 

Qeyd edək ki, 36 yaşlı təcrübəli hücumçunun vida matçı avqustun 31-də Omana qarşı olacaq.

0