[b]Azərbaycanlı futbolçu oynamadı, komandası 1 xal qazandı[/b]
25.08.2016 - 00:22
[b]Azərbaycanlı futbolçu oynamadı, komandası 1 xal qazandı[/b]

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – “Sportinq B” də növbəti matçına çıxıb.

 

Lissabonlular səfərdə “Famalikan” ilə üz-üzə gəlib. Nəsirovun meydana çıxmadığı oyunda komandası bir xal qazanıb – 1:1.

 

Qeyd edək ki, 4 turdan sonra hesabında 4 xal olan "Sportinq"in ikinci komandası 22 komanda arasında 17-ci pillədə qərarlaşıb.

0