[b]Ronaldo Qrizmannın seçilməsinə narazıdı[/b]
25.08.2016 - 11:35
[b]Ronaldo Qrizmannın seçilməsinə narazıdı[/b]

Portuqaliya yığmasının və “Real”ın hücumçusu Kriştianu Ronaldo AVRO-2016 ilə bağlı maraqlı fikir səsləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı forvard Antuan Qrizmannın turnirin ən yaxşı futbolçusu seçilməsi ilə razılaşmır.

 

Onun fikrincə, bu ada həmyerlisi Pepe daha çox layiq idi. Ronaldo “Real”da da birlikdə çıxış etdiyi müdafiəçinin əla mövsüm keçirdiyini bildirib: “Pepe möhtəşəm mövsüm geridə qoydu. Bəlkə də, karyerasının ən yaxşı mövsümü idi. Şübhəsiz ki, Avropa çempionatında Portuqaliya millisinin ən güclüsü idi və “Real”ın Çempionlar Liqasını qazanmasında böyük rolu oldu. Pepenin Avro-2016-nın simvolik komandasında yer almasına sevindim. Ancaq mənim fikrimcə, ümumiyyətlə, turnirin ən yaxşı oyunçusu seçilməli idi”.

 

Qeyd edək ki, Avro-2016-nın qalibi Portuqaliya millisi olsa da, Fransa yığmasının hücumçusu Antuan Qrizmann turnirin ən yaxşı futbolçusu seçilmişdi.

0