[b]“Valensiya”nın hücumçusu “Barselona”da[/b]
25.08.2016 - 13:32
[b]“Valensiya”nın hücumçusu “Barselona”da[/b]

“Barselona” hücum xəttindəki problemi, nəhayət ki, yoluna qoyub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu “Valensiya”nın forvardı Pako Alkaserlə anlaşıb.

 

Klublar arasında aparılan danışıqlar artıq müsbət nəticələnib. Razılığa əsasən, bu keçid “Valensiya”ya 30 milyon avro qazandıracaq. Həmçinin “yarasalar” oyunçunun çıxışına əsasən daha 5 milyon avro mükafat ala bilər. “Barsa” ilə 5 illik müqavilə imzalaması gözlənilən Alkaserin yeni komandasında illik maaşı 2 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, “Valensiya”nın yetirməsi olan və 2010-cu ildən peşəkar futbolla məşğul olan Pako Alkaser artıq iki ildi İspaniya millisinə də çağırılır.

0