[b]“Neftçi”nin futbolçusu yığmanın düşərgəsindən uzaqlaşdırıldı[/b]
25.08.2016 - 15:29
[b]“Neftçi”nin futbolçusu yığmanın düşərgəsindən uzaqlaşdırıldı[/b]

21 yaşadək futbolçularından ibarət yığma komandamız dünəndən təlim-məşq toplanışına start verib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, heyətdə artıq bir dəyişiklik olub.

 

Müdafiəçi Məqsəd İsayev millinin düşərgəsindən uzaqlaşdırılıb. Buna səbəb gənc oyunçunun zədəli olmasıdı. “Neftçi”nin oyunçusu yığmanın düşərgəsinə zədəli vəziyyətdə qoşulduğundan, geri göndərilib. İsayev müalicəsini klubunda davam etdirəcək.

 

Qeyd edək ki, U-21 millimiz sentyabrın 6-da “Dalğa Arena”da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adalarını qəbul edəcək.

0