[b]Azərbaycan yığmasının 4 üzvü karyerasını başa vurur[/b]
25.08.2016 - 15:36
[b]Azərbaycan yığmasının 4 üzvü karyerasını başa vurur[/b]

Boks üzrə Azərbaycan yığmasında ciddi dəyişikliklər baş verəcək. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib.

 

O bildirib ki, Rio Olimpiadası başa çatdıqdan sonra 4 boksçumuz karyerasını bitirmək haqda qərar veriblər.

 

Bunlar Avropa Oyunlarının qalibi 30 yaşlı Albert Səlimov (60 kq), həmin yarışın çempionu və Rio-2016-nın gümüş medalçısı 31 yaşlı Lorenzo Sotomayor (64 kq), Bakı-2015-in qızıl medalçısı, 28 yaşlı Abdulqadir Abdullayev (91 kq) və ikiqat dünya çempionu, Avropanın ən güclüsü, həmçinin London-2012-nin və Bakı-2015-in bürünc medalçısı 30 yaşlı Məhəmmədrəsul Məcidovdu (+91 kq).

 

Səfərovun sözlərinə görə, bu boksçuların gedişi komandada hansısa çətinlik yaratmayacaq və onları əvəzləyə biləcək idmançılarımız var. Baş katib, onu da bildirib ki, Abdullayev karyerasını bitirdiyindən, Olimpiya mükafatçımız Teymur Məmmədov yenidən öz doğma çəkisi – 91 kq-a qayıdacaq.

 

Qeyd edək ki, Məmmədov London Olimpiadasından sonra 81 kq çəki dərəcəsində döyüşürdü. 

0