[b]“Barselona”dan 5-ci rəsmi transfer[/b]
25.08.2016 - 15:38
[b]“Barselona”dan 5-ci rəsmi transfer[/b]

“Barselona” daha bir transferi rəsmən bəyan edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, kataloniyalılar bu dəfə qapı xəttini gücləndiriblər.

 

Klaudio Bravonu “Mançester Siti”yə satan İspaniya çempionu bir müddətdi danışıq apardığı “Ayaks”ın qapıçısı Kasper Silessenin keçidini rəsmiləşdirib. Bu transfer Amsterdam klubuna 13 milyon avro qazandırıb. Hollandiya millisinin qolkiperi yeni komandası ilə 5 illik sazişə qol çəkib. Müqaviləyə salınan bəndə görə, 27 yaşlı futbolçunu almaq istəyən klub 60 milyon avro ödəməli olacaq.

 

Qeyd edək ki, yay fasiləsində Denis Suares, Lukas Dinye, Andre Qomeş və Samuel Umtitini heyətinə cəlb edən “Barselona” Silessendən əvvəl “Valensiya”nın hücumçusu Pako Alkaserlə də anlaşıb.

0