[b]UEFA mövsümün ən gözəl qolunu seçdi - VİDEO[/b]
25.08.2016 - 15:56
[b]UEFA mövsümün ən gözəl qolunu seçdi - VİDEO[/b]

UEFA 2015-16 mövsümünün ən gözəl qolunu seçib. Apasport.az saytı xəbər verir ki, aparılan səsvermənin nəticəsinə görə, ən gözəl qolun müəllifi “Barselona”nın hücumçusu Lionel Messi olub.

 

Onun Çempionlar Liqasının qrupunda “Roma”nın qapısından keçirdiyi top 34 faiz səs toplayıb. Səsvermədə iştirak edən 215 min 417 nəfərdən 73 min 331-i Leonun qolunun ən gözəl olduğu qənaətinə gəlib. Argentinalını 13 faizlik səslə futzal üzrə Portuqaliya yığmasının lideri Rikardinyo izləyib. İlk “üçlüy”ü isə İsveçrə yığmasının heyətində Avropa çempionatında gözəl qola imza atan Xerdan Şaqiri (11%) qapayıb.

 

Səsvermənin nəticəsinə görə, Kamil Ebili (qadın futbolçu: 11%), Saul (“Atletiko”: 11%), Marek Hamşik (Slovakiya: 8%), Ştefan Lixtştayner (“Yuventus”: 5%), Xuan Kuadrado (“Yuventus”: 5%), Qonsalo İquain (“Napoli”: 1%) və “Barselona”nın gənclər komandasının üzvü Karles Alena (1%) ilk “onluq”da növbəti yerləri tutublar.

0