“Barselona”nın təmiz gəliri: 5 milyon avro
25.08.2016 - 19:42
“Barselona”nın təmiz gəliri: 5 milyon avro

“Barselona” qapıçı Klaudio Bravonun satışından əldə edəcəyi məbləği açıqlayıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı çilili qapıçının “Mançester Siti”yə keçidi katalonlara 18 milyon avro qazandıracaq.

 

İspaniya təmsilçisinin əlavə olaraq 2 milyon avro qazanmaq şansı da var. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

 

Bravonun yerinə alınan hollandiyalı qapıçı Kasper Silessen üçün isə “Ayaks”a 13 milyon ödənəcək. Klaudio Bravonun transferində olduğu kimi Silessenin keçidi üçün də 2 milyon bonus nəzərdə tutulub.

0