[b]Medvedev, Sadıqov və Uiksin fərqi[/b]
26.08.2016 - 10:08
[b]Medvedev, Sadıqov və Uiksin fərqi[/b]

“Qəbələ” Avropa Liqasında qrup mərhələsinə ciddi itki ilə başlayacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb liberiyalı legioner Teo Uiksin cəzalı duruma düşməsidi.

 

Pley-off mərhələsinin “Maribor”la Sloveniyadakı cavab oyununda (0:1) qırmızı vərəqə alan legioner növbəti matçı buraxmalı olacaq. Ən azı 1 matçlıq cəzalanacaq Uiks “Qəbələ”nin avrokuboklarda ən yaxşı bombardiri olduğundan “qırmızı-qaralar” üçün kifayət qədər ciddi itki sayılacaq.

 

Qrup mərhələsinə “Qarabağ” daha ciddi itkilərlə başlaya bilərdi. Söhbət mövsümdə 3-cü dəfə sarı vərəqə alan Rəşad Sadıqovla Maksim Medvedevin meydanda olmamaq ehtimalından gedir. Lakin Avropa Liqasının Əsasnaməsi “Qarabağ”lıların lehinədi.

 

Belə ki, qaydalara əsasən sarı vərəqələr mövsümdə iki dəfə - pley-off və 1/4 finaldan sonra silinir. Qrup mərhələsi və yarımfinal öncəsi futbolçuların vərəqələrinin sıfırlanması onların məsul oyunlarda iştirakını təmin etməyə xidmət edir. Bu, “Qəbələ” və “Qarabağ”ın bütün oyunçularına da tətbiq olunub.

 

Lakin bu qayda yalnız xəbərdarlıqlara şamil olunur. Qırmızı vərəqələr isə futbolçunun ayağına yazılır. Hətta bu cəzaları ömürlük də hesab etmək olar. Yəni, oyunçu qırmızı vərəqənin cəzasını gec-tez, lap lazım gəlsə, 10 ildən sonra da çəkməlidi. Hətta cəza bütün qitəmiqyaslı klub turnirlərinə şamil olunur.

 

0