[b]“Qarabağ”ın 363 gün gözlədiyi qələbə və 10-cu darmadağın[/b]
26.08.2016 - 10:51
[b]“Qarabağ”ın 363 gün gözlədiyi qələbə və 10-cu darmadağın[/b]

Azərbaycan klubları avrokuboklarda 10-cu böyük hesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, yubiley qələbəsi Avropa Liqasının pley-off mərhələsinə təsadüf edib.

 

İsveç “Höteborq”unu 3 cavabsız qolla məğlub edən “Qarabağ” mövsümdə 2-ci, 22 illik avrokubok tariximizdə 10-cu darmadağına imza atıb. Mövsümün ilk belə uğuruna isə “Samtredia”nı 5:1 hesabı ilə yenən “Qəbələ” sahib olmuşdu.

 

Ağdam klubu 363 gündən sonra avrokuboklarda darmadağın müəllifi oldu. Əyalət təmsilçisi ötən mövsümdə də Avropa Liqasının pley-off mərhələsinin Bakıdakı cavab oyununda İsveçrə “Yanq Boyz”unu eyni hesabla udaraq, qrupa irəliləmişdi.

 

İsveç klubu üzərində qələbə “Qarabağ”ın 6-cı darmadağınıdı. “Şəmkir”, “İnter”, “Neftçi”, “Qəbələ” isə hərəyə 1 dəfə 3 və ya daha çox top fərqi ilə qələbə qazanıb.

 

Azərbaycan klublarının avrokuboklardakı böyükhesablı qələbələri

19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1
01.07.2009. “Qarabağ” – “Metallurq” (Makedoniya) – 4:1
30.06.2011. “Banqa” (Litva) – “Qarabağ” – 0:4
07.07.2011. “Qarabağ” – “Banqa” (Litva) – 3:0
05.07.2012. “Trans” (Estoniya) – “İnter” – 0:5
17.07.2012. “Neftçi” – “Zestafoni” (Gürcüstan) – 3:0 

22.07.2014. “Qarabağ” – “Valletta” (Malta) – 4:0

27.08.2015. “Qarabağ” – “Yanq Boyz” (İsveçrə) – 3:0

30.07.2016. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1

25.08.2016. “Qarabağ” – “Höteborq” (İsveç) – 3:0

0