[b]“Hər işlədiyi yerdə “batıran” Vaqif Sadıqov...” - Erkin İbrahimov[/b]
26.08.2016 - 12:35
[b]“Hər işlədiyi yerdə “batıran” Vaqif Sadıqov...” - Erkin İbrahimov[/b]

“Maribor” da belə getdi! Əhsən, “Qəbələ”! Bu gün “Qəbələ” ilə “Qarabağ” təkcə öz rəqiblərinə qalib gəlməyib. Ardıcıl ikinci il Azərbaycan UEFA Avropa Liqasında 2 klubla təmsil olunacaq. Böyük uğurdu”. Apasport.az saytı xəbər verir ki, bu fikirlər menecer Erkin İbrahimova məxsusdu.

 

“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsində keçirdiyi cavab qarşılaşmasından sonra fikirlərini açıqlayan İbrahimov feysbuk səhifəsində paylaşdığı yazıda narazı qaldığı məqamlardan söz açıb.

 

İbrahimovun fikrincə, təmsilçilərimiz Avroliqanın qrupuna düşmək üçün təkcə rəqiblərlə deyil, Azərbaycandakı bir çox mütəxəssislər, futbol adamları və klublarla da mübarizə aparıblar.

 

Menecer yazdığı statusda bu fikirlərə yer verib: “Əbəs yerə demirlər ki, qələbənin ataları çox olur. İndi də o qədər “papulya” çıxacaq ki... Bu günü görmək üçün öncül klublarımız kimləri məğlub etmədi ki?

 

Azərbaycan futboluna təsadüfən ayaq basan, ayrı-ayrı klublarda və federasiyada “çalışan” səriştəsiz idarəçiləri;

 

Bərbad meydançaları;

 

Müstəqil şəkildə fəaliyyət göstərən klublarımızın uğurlu çıxışını görmək istəməyən manqurtları;

 

Lippert və onun timsalında Azərbaycan futboluna sırınan, futboldan xəbəri olmayan, ölkəmizə yuxarıdan aşağı baxan xarici "mütəxəssisləri";

 

Yaltaq, özündənrazı, heç bir işə yaramayan futbol veteranlarını;

 

Hamıya ağıl öyrədən, əslində isə hər işlədiyi yerdə “batıran” Vaqif Sadıqov kimi dırnaqarası məşqçiləri;

 

Püşkdən sonra zəif rəqibləri şişirdən, əvvəlcədən bəhanələr axtarışına çıxan digər klub nümayəndələrimizi.

 

Təbriklər, Avroliqa iştirakçıları! Azərbaycanı növbəti dəfə sevindirdiz. Təbii ki, sevinməyənlər də az olmadı...”

 

P.S: "Şkendiya" - "Gent" - 0:4 

 

0