[b]“Qəbələ”dən növbəti sıçrayış[/b]
26.08.2016 - 12:50
[b]“Qəbələ”dən növbəti sıçrayış[/b]

Avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 10, Avropa Liqasının 22 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

 

Siyahıda yeddi Azərbaycan klubu da yer alıb. Təmsilçilərimiz III təsnifat mərhələsindən sonra açıqlanan siyahı ilə müqayisədə mövqelərini yaxşılaşdırıb.

 

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”dadı. 1 pillə irəliləyən ağdamlılar 14,800 xalla 115-ci yerə yüksəlib. Buna əyalət klubunun İsveç “Höteborq”u üzərində ümumi qələbəsi səbəb olub – 0:1, 3:0.

 

9,550 xala malik “Neftçi”nin isə mövqeyi dəyişməyib. Bakılılar 156-cı pillədədi.

 

Sloveniya “Maribor”unu iki oyunun nəticəsində (3:1, 0:1) məğlub edib, qrup mərhələsinə yüksələn “Qəbələ” 13 pilləlik sıçrayışa imza atıb. “Qırmızı-qaralar” 7,550 xalla 179-cu yerə şərikdilər.

 

Hesabında 5,800 xal olan “İnter” 5 pillə geriləməklə 222-ci, 4,300 xala malik “Xəzər Lənkəran” mövqeyini 4 addım pisləşdirərək 283-cüdü. Digər komandalarımız isə “300-lük”dən də kənardadı. “Kəpəz” (3,800) 305-ci, “Bakı” (3,550) 314-cüdü. Sonuncular 3 pillə geriləyib.

 

Qeyd edək ki, İspaniya “Real”ının (144,428) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 134,528 xalla 2-ci, “Barselona” (İspaniya) 129,428 xalla 3-cü pillədə qərarlaşıb.

0