[b]“Qəbələ”nin seriyası qırıldı[/b]
26.08.2016 - 14:59
[b]“Qəbələ”nin seriyası qırıldı[/b]

Cari mövsüm avrokuboklarda keçirdiyi ilk 7 oyunun hamısında qol vuran “Qəbələ”nin bu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin “Maribor”la Sloveniyadakı qarşılaşmasında 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” 7 oyunluq seriyasını davam etdirə bilməyib.

 

Təmsilçimiz meydanı sonuncu dəfə ötən mövsüm qolsuz tərk etmişdi. 2015-ci il dekabrın 10-da “Krasnodar”a 0:3 hesabı ilə uduzandan sonra “Qəbələ” hər avrokubok matçında fərqlənirdi.

 

Qollu seriyanın qırılması “qırmızı-qaralar”a bu göstəricidə Azərbaycan rekorduna təkrarlamaq imkanından məhrum edib. 1994-cü ildə qitə kuboklarında çıxış edən təmsilçilərimizin ən uzun məhsuldarlıq seriyası 8 matçdan ibarətdi. Bu rekorda “Neftçi” və “Qarabağ” şərikdi. Bakılılar 2005-08-ci illərdə belə seriyaya imza atıb, ağdamlılar 2011-13-cü illərdə bunu təkrarlayıb.

0