[b]“Qəbələ” fəth etdiyi məkanda[/b]
26.08.2016 - 17:45
[b]“Qəbələ” fəth etdiyi məkanda[/b]

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Sent Etyen” Azərbaycan təmsilçiləri üçün tanış komandadı. Apasport.az saytının məlumatına görə, iki il öncə eyni turnirin bu mərhələsində “Qarabağ” həmin klubla görüşüb.

 

Təmsilçimiz rəqibindən 2 xal almaqla yanaşı, fransalılara uduzmayıb da – 0:0, 1:1. “Sent-Etyen” bununla da iki dəfə təmsilçilərimizlə üz-üzə gələcək ilk Fransa təmsilçisi olacaq. Ağdamlılar isə artıq 3 dəfə fransalılarla görüşüb. Ötən mövsüm “Monako” ilə də üz-üzə gələn (0:1, 1:1) “Qarabağ”  1999/2000 mövsümündə İntertoto kubokunda “Monpelye” tərəfindən acınacaqlı məğlubiyyətlərə məruz qalıb - 0:3, 0:6.

 

Ümumiyyətlə isə bu, iki ölkə klublarının 5-ci duelidi. Əvvəlki 4 qarşıdurmadan yalnız sonuncuda bizimkilər sevinib. Fransa sindromunu isə məhz “Qəbələ” qırıb.

 

Əyalət klubu elə cari mövsümdə, III təsnifat mərhələsində “Lill”i sıradan çıxarmışdı – 1:1, 1:0.

 

Bir sözlə, fransalılarla əvvəlki 8 matçda 4 heç-heçə edən klublarımız 3 dəfə uduzub və yalnız 1 dəfə qalib gəlib. Bu qarşılaşmalarda futbolçularımız 4, rəqibləri 13 dəfə fərqlənib.

0