[b]“Qəbələ” – “Anderlext” – 1:0?[/b]
26.08.2016 - 18:06
[b]“Qəbələ” – “Anderlext” – 1:0?[/b]

Avropa Liqasının qrup mərhələsində avrokubokların 5-ci Azərbaycan – Belçika dueli gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, “Qəbələ” ilk dəfə bu ölkə təmsilçiləri ilə görüşəcəksə, “Anderlext” 3-cü dəfə klublarımızla üz-üzə gələcək.

 

Belçikalılarla görüşlərin ən diqqət çəkən məqamı Bakıdakı bütün oyunların eyni nəticə ilə başa çatmasıdı. “Neftçi” 2005-ci ildə ildə “Anderlext”i, 2008-ci ildə “Jerminal”ı, “Qarabağ” 2011-ci ildə “Brügge”, 2015-ci ildə “Anderlext”i qəbul edib. Bütün oyunlarda da təmsilçilərimiz eyni – 1:0 hesabı ilə qalib gəlib.

 

Səfər matçlarımızda isə qələbə qazana bilməmişik. Düzdü, “Neftçi” “Jerminal”la sülh bağlayıb – 1:1. Amma digər qarşılaşmalarda meydan sahibləri qələbə qazanıb. 2005-ci ildə 5:0, 2011-ci ildə 4:1, 2015-ci ildə isə 2:1 hesabı qeydə alınıb.

 

Beləliklə, klublarımız 4 dəfə udduğu belçikalılara 3 dəfə uduzub və 1 heç-heçə edib. Top fərqi isə rəqiblərimizin xeyrinədi – 7:12.

 

0