[b]“Qrup lideri ola bilərik” - PAOK-un hücumçusu[/b]
26.08.2016 - 18:14
[b]“Qrup lideri ola bilərik” - PAOK-un hücumçusu[/b]

“Mən iki il əvvəl “Fiorentina”nın oyununa tribunadan canlı baxmışam. İtaliya futbol tarixi zəngindi, “Fiorentina” da yaxşı komandadı”. Apasport.az saytının məlumatına görə, bunu PAOK-un futbolçusu Cannis Mistakidis deyib.

 

Yunanıstan klubu Avropa Liqasının qrup mərhələsində “Fiorentina” (İtaliya), “Slovan” (Çexiya) və təmsilçimiz “Qarabağ”a rəqib olub.

 

PAOK-la müqavilə müddətini yenicə 2020-ci ilə qədər uzadan 22 yaşlı hücumçu komandasının şanslarını müsbət qiymətləndirib. Yunanıstanın gənclər millisinin üzvü qrupu lider kimi tamamlaya biləcəklərini söyləyib: “PAOK daim inkişafda olan və irəliləyişə nail olan komandadı. Məncə, bu qrupda birinci yerə iddia edə bilərik. Təbii ki, “Fiorentina” ilə birlikdə. Şəxsən mən qrup səddini aşa biləcəyimizi düşünürəm. Amma İtaliya klubunu qeyd etmək düzgün olmaz. Düzdü, digər iki komanda “Fiorentina” kimi böyük deyil. Ancaq onlar da qrupda iştirak etməyə layiqdilər. Heç bir rəqibi zəif saymaq olmaz. Qrup mərhələsində öz meydanımızda keçirəcəyimiz görüşlərdə maksimum nəticə göstərməliyik”.

 

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 15-də start veriləcək.

0